XƏBƏR, İDMAN
25-07-2019, 16:32

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib
Moskvada təşkil olunan çimərlik futbolu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.

Qərbinfo.az xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan millimiz 3:9 hesabı ilə uduzub. Komandamızın heyətində Amid Nəzərov dubl edib. Digər qolu Sabir Allahquliyev vurub.

Millimiz növbəti oyununu iyulun 25-də Rusiya yığmasına qarşı keçirəcək. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 21:00-da deyil, 19:45-də başlayacaq.






Son Xəbər