XƏBƏR, DÜNYA
25-07-2019, 09:44

Belarus diplomatı Ankarada güllələnib

Belarus diplomatı Ankarada güllələnib
Belarusun Türkiyədəki Səfirliyinin diplomatı Alexandr Poganshev Ankarada silahlı hücuma məruz qalıb.

Qərbinfo.az xəbər verir ki, ağır yaralanan diplomat Ankara Güven Xəstəxanasına yerləşdirilib. Yaralı diplomat hazırda reanimasiya şöbəsindədir. Sağlamlığı ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu xəstəxanaya baş çəkib, o cümlədən belaruslu həmkarı ilə də telefonda danışıb

Nazir M.Çavuşoğlunun məlumatına görə, diplomata silahlı hücum edən şəxs təqaüddə olan hərbçidir. O, diplomatı vurandan sonra intihar edib. İlkin məlumata görə, hadisə siyasi məqsədlə törədilməyib. Hadisə ilə bağlı tədqiqat aparılır.






Son Xəbər