
Şəmkirdə “KAMAZ” markalı avtomobil yanıb.
Qərbinfo.Az-ın məlumatına görə hadisə rayonun İrmaşlı kıəndi ərazisində qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 29 yaşlı Mikayıl Quliyevin idarə etdiyi 66-BF-532 dövlət qeydiyyat nişanlı avtomobil üzərində daşıdığı ot bağlaması ilə birlikdə tamamilə yanıb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


