XƏBƏR, HADİSƏ
25-07-2019, 08:00

Şəmkirdə iki avtomobil toqquşub- 2 nəfər xəsarət alıb

Şəmkirdə iki avtomobil toqquşub- 2 nəfər xəsarət alıbŞəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Qərbinfo.Az-ın məlumatına görə hadisə rayonun Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi hissəsindən keçən ərazidə qeydə alınıb.

Belə ki, Xuluf kənd sakini 1960-cı il təvəllüdlü Hüseyn Verdiyevin idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə, Qədimqala kənd sakini Vəliyev Coşqun Məmməd oğlunun idarə etdiyi “VAZ”-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Vəliyev Coşqun Məmməd oğlu və sərnişini Vəliyev Araz Sakit oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.






Son Xəbər