XƏBƏR, İDMAN
24-07-2019, 12:56

Çexiyalı azarkeş: Bakının gözəl arxitekturasına və Azərbaycan mətbəxinə valeh oldum

Çexiyalı azarkeş: Bakının gözəl arxitekturasına və Azərbaycan mətbəxinə valeh oldumBakının gözəl arxitekturasına və Azərbaycan mətbəxinə valeh oldum.

Qərbinfo.az xəbər verir ki, bunu "AZƏRTAC"-a müsahibəsində Çexiyanın basketbol üzrə yığma komandasının azarkeşi Cakub Kadlec söyləyib.

Çexiyalı azarkeş əlavə edib: “Bu, mənim Bakıya ilk gəlişimdir. Mən buraya qızımın da oynadığı komandanı dəstəkləməkdən ötrü gəlmişəm. O, basketbol idman növünü müstəqil olaraq seçib və həyatını ona həsr edib. Bu məsələdə mənim ona heç bir təsirim olmayıb. Turnirdə bir çox güclü komandaların çıxış etməsinə baxmayaraq, hesab edirəm ki, qızlar arasında EYOF-un basketbol turnirinin qalibi Çexiya yığması olacaq”.






Son Xəbər