XƏBƏR, HADİSƏ
23-07-2019, 17:57

Maqnit qasırğasının səviyyəsi açıqlandı

Maqnit qasırğasının səviyyəsi açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Qərbinfo.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin ləkənin inkişafını mümkün edə bilən sahə yaranmaqdadır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son saatlar ərzində ümumən çox sakitdir.

Bildirilir ki, proqnoz dövründə (bu gün və sabah) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Maqnit qasırğasının yaranması ehtimalı 23 və 24 iyulda 5%-dən aşağı qiymətləndirilir.






Son Xəbər