XƏBƏR, HADİSƏ
22-07-2019, 17:56

Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

Dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb
İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.






Son Xəbər