XƏBƏR, HADİSƏ
22-07-2019, 16:29

Şəmkirdə ağır yol qəzası baş verib- 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Şəmkirdə ağır yol qəzası baş verib- 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Şəmkir-Qazax avtomagistralında ağır yol qəzası baş verib.

Qərbinfo.az xəbər verir ki, hadisə Şəmkir rayonu ərazisində, Şəmkir-Qazax avtomagistralının Könüllü kənd ərazisi hissəsində baş verib.

Qeyd edək ki, avtoqəza Gəncə şəhər sakini 1981-ci il təvəllüdlü Zeynalov Rahib Rahin oğlunun idarə etdiyi "VAZ"-2107 və Gədəbəy rayon sakini, 1939-cu il təvəllüdlü Gülməmmədov Telman İsmayıl oğlunun idarə etdiyi "NİVA" markalı avtomobillərin toqquşması şəraitində baş vermişdir.

Hadisə nəticəsində "VAZ"-2107 markalı ovtomobilin sürücüsü hadisə yerində ölmüş, Gəncə sakini, 2003-cü il təvəllüdlü Məmmədova Nəzrin Rauf qızı və "NİVA" markalı ovtomobilin sürücüsü isə xəsarət almışdır.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və DYP-in əməkdaşları cəlb edilmişdir.

Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə ağır yol qəzası baş verib- 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Şəmkirdə ağır yol qəzası baş verib- 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb






Son Xəbər