XƏBƏR, SİYASƏT
20-07-2019, 15:52

İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur

İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur

Moldovanın müstəqillik tarixində ilk dəfə olaraq ölkə rəsmilərinin iştirakı ilə Qaqauziya Muxtar Respublikasının başqanı İrina Vlaxın ikinci dəfə bu vəzifəyə rəsmi başlaması mərasimi keçirilib.

Qərbinfo.az yerli mətbuata istinadla xəbər verir ki, mərasimdə Moldova Prezidenti İqor Dodon, Baş Nazir Mayya Sandu, parlament sədri Zinaido Qreçan və deputatlar iştirak ediblər.

Tədbirdə çıxış edən İ.Dodon bildirib ki, siyasi qüvvələr arasında konsensusun yaranması nəticəsində ölkə vətəndaşlarının həyat səviyyəsi yüksələcək. Bu yüksəliş Qaqauziya Muxtar Respublikasında da davam edəcək.

Prezident vurğulayıb ki, son dörd ildə Qaqauziyada dövlət büdcəsi 1,6 dəfə artaraq 826 milyon leev olub. İ.Dodon bildirib ki, Moldovanın Rusiya, Türkiyə, Azərbaycan, Avropa İttifaqı ölkələri ilə çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur. Qaqauziyanın Moldova ilə də çox gözəl gələcəyi olacaq.

Xatırladaq ki, iyunun 30-da keçirilən seçkilərdə Qaqauz əhalisinin 92 faizi İrina Vlaxa səs verib.






Son Xəbər