XƏBƏR
20-07-2019, 09:46

Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır

Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırdır.

Qərbinfo.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Amerika qüvvələrinin krallığın ərazisində yerləşdirilməsi regionda təhlükəsizliyin və sabitliyin, eləcə də sülhün təminatında birgə əməkdaşlığın səviyyəsinin artırılması üçündür".

Xatırladaq ki, ABŞ öz hərbçilərini Səudiyyə Ərəbistanından 2003-cü ildə çıxarıb.






Son Xəbər