XƏBƏR, HƏRBİ
19-07-2019, 16:57

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları-2019"da iştirak edəcək
Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.

Müdafiə Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.






Son Xəbər