XƏBƏR, MANŞET-SLAYDER
18-07-2019, 18:32

Şəmkirli rəssam Fərman Hüseynov "AXC-nin 100 illik yubiley medalı" ilə təltif edilib

Şəmkirli rəssam Fərman Hüseynov "AXC-nin 100 illik yubiley medalı" ilə təltif edilib

Şəmkirli rəssam Hüseynov Fərman Nəriman oğlu Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Qərbinfo.az xəbər verir ki, yubiley medalını rayonun fəal gənclərinin də iştirak etdiyi tədbirdə Fərman Hüseynova Millət Vəkili Sahibə Qafarova təqdim edib.

Qeyd edək ki, Fərman Hüseynov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rayon ərazisində çoxlu sayda əl işləri mövcuddur. Şəmkir rayonu Tarix -Diyarşünaslıq muzeyinin divarında həkk olunmuş Azərbaycanın tarixini, mədəniyyətini və adətənənələrini əks etdirən, Ginnesin rekordlar kitabına namizəd əsərin müəllifidir. O yaradıcılıq işləri ilə yanaşı rayonun ictimai-siyasi həyatında da fəal iştirak edir.
Şəmkirli rəssam Fərman Hüseynov "AXC-nin 100 illik yubiley medalı" ilə təltif edilib






Son Xəbər