XƏBƏR, MANŞET-SLAYDER
18-07-2019, 17:51

Şəmkir rayon Təhsil Şöbəsinin müdiri "AXC-nin 100 illik yubiley medalı" ilə təltif edilib

Şəmkir rayon Təhsil Şöbəsinin müdiri "AXC-nin 100 illik yubiley medalı" ilə təltif edilib

Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Şıxlınski Məcid Osman oğlu Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Qərbinfo.az xəbər verir ki, yubiley medalını rayonun fəal gənclərinin də iştirak etdiyi tədbirdə Məcid Şıxlınskiyə Millət Vəkili Sahibə Qafarova təqdim edib.

Qeyd edək ki, məşhur Azərbaycan generalı Əliağa Şıxlınskinin nəslinin nümayəndəsi olan Məcid Şıxlınski uzun müddətdir Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. Təhsil sahəsində səmərəli xidmətlərinə görə 2010-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Yeni Azərbaycan partiyasının üzvüdür. YAP Şəmkir rayon təşkilatı sədrinin müavini kimi rayonun ictimai-siyasi həyatında fəallıq göstərir.

Şəmkir rayon Təhsil Şöbəsinin müdiri "AXC-nin 100 illik yubiley medalı" ilə təltif edilib






Son Xəbər