XƏBƏR, DÜNYA
18-07-2019, 13:22

Mardin vilayətində terror aktının qarşısı alınıb

Mardin vilayətində terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqində Mardin vilayətində terror aktının qarşısı alınıb.

Qərbinfo.az-ın məlumatına görə, keçirilmiş xüsusi əməliyyat çərçivəsində magistral yol kənarında basdırılmış 40 kiloqramdan çox partlayıcı maddə aşkar edilib.

Məlumata görə, əməliyyat zamanı, həmçinin PKK terror təşkilatının 5 üzvü saxlanılıb. Həmin ərazidə terror aktının da onlar tərəfindən planlaşdırıldığı bildirilir. Saxlanılanların şəxsiyyəti açıqlanmır.

Əməliyyatla bağlı başqa detallar barədə məlumat verilməyib.






Son Xəbər