XƏBƏR, HADİSƏ
18-07-2019, 12:25

Türkiyədə baş verən avtoqəzada 5 nəfər azərbaycanlı xəsarət alıb

Türkiyədə baş verən avtoqəzada 5 nəfər azərbaycanlı xəsarət alıbTürkiyədə azərbaycanlıların olduğu avtobus qəza törədib.

Qərbinfo.az xəbər verir ki, hadisə ötən gün Antalyanın Manavqat vilayətində baş verib.

Hadisə turistləri daşıyan avtobusun idarəetməni itirərək yoldan çıxaraq aşması nəticəsində baş verib.

Qeyd edək ki, hadisə nəticəsində Məmmədovlar ailəsinin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alıb: Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədov, Ceyran Məmmədova və Əsma Məmmədova.

Hadisə yerinə cəlb olunan təcili yardım briqadası xəsarət alan şəxsləri xəstəxanaya çatdırıblar.

Xəsarət alanların vəziyyətinin yaxşı olduğu bildirilir.






Son Xəbər