XƏBƏR, DÜNYA
18-07-2019, 09:54

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər
Əfqanıstan Milli Ordusunun generalı "Taliban" radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib.

Qərbinfo.az-ın "TOLONews" telekanalına istinadən verdiyi məlumata görə, öldürülən general Əbdül Mubin Müctəba Qazni əyalətində yerləşən ordu dəstəsinə komandanlıq edib.

Bildirilir ki, general Qazni və Kandaqar əyalətləri arasındakı avtomobil yolunda qətlə yetirilib.

Məlumata əsasən, hücumda iki əsgər iştirak edib. Onlardan biri öldürülüb, biri isə yaralıdır.






Son Xəbər