XƏBƏR, SOSİAL
17-07-2019, 21:29

Aprel şəhidlərinin övladları üçün yay düşərgəsi təşkil edilir

Aprel şəhidlərinin övladları üçün yay düşərgəsi təşkil edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində yeni bir istiqamət kimi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə şəhid övladları üçün yay düşərgəsinin layihəsi həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qərbinfo.az-a bildiriblər ki, Aprel şəhidlərinin uşaqlarından 23 nəfər, eləcə də azyaşlı olanların valideynlərindən ibarət 30 nəfər üçün İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində yay düşərgəsi təşkil edib.

İyulun 17-dən 26-dək davam edəcək yay düşərgəsinin təşkilində məqsəd həmin uşaqların yay tətilini daha maraqlı və yaddaqalan, səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarətdir.

İstirahət zamanı uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, viktorinalar təşkil ediləcək. Həmin bölgənin mədəni-tarixi yerlərinə ekskursiyaların, intellektual yarışların və s. keçirilməsi də nəzərdə tutulur.






Son Xəbər