XƏBƏR, DÜNYA
17-07-2019, 17:30

Türkiyəli diplomat İraqda öldürüldü

Türkiyəli diplomat İraqda öldürüldü

İraqın Ərbil şəhərində restoranlardan birinə silahlı hücum edilib.

Qərbinfo.az-ın məlumatına görə, hücum zamanı restoranda Türkiyə Baş Konsulluğunun diplomatları olub. Hücum nəticəsində Türkiyə konsulunun köməkçisi Hakan Karaçayın qətlə yetirildiyi bildirilir.

Hücum naməlum şəxslər tərəfindən törədilib.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır.






Son Xəbər