XƏBƏR, HADİSƏ
17-07-2019, 15:54

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub
Şəmkir rayonunda baş vermiş ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyən olub.

Qərbinfo.az xəbər verir ki, hadisə yerində ölən şəxs Şəmkir rayonu Çaparlı kənd sakini Hüseynov Kazım Vəfadar oğlu olub.

Qeyd edək ki, o Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin “Biznesin idarə edilməsi “ ixtisası üzrə IV kurs tələbəsi olub.

Xatırladaq ki, hadisə ötən gün rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlunun idarə etdiyi "VAZ 21074" markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1998-ci il təvəlüdlü Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb.

Sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.






Son Xəbər