XƏBƏR, İQTİSADİYYAT
17-07-2019, 12:27

Əhalinin nominal gəlirləri 6 ayda 6,6 faiz artıb

Əhalinin nominal gəlirləri 6 ayda 6,6 faiz artıb
Yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 27 milyard 355,8 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 2 min 768,6 manatlıq gəlir düşüb.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 milyard 131,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.






Son Xəbər