XƏBƏR, İDMAN
16-07-2019, 23:58

Cüdoçumuz Rüstəm Orucov dünya reytinq cədvəlində liderliyini qoruyub

Cüdoçumuz Rüstəm Orucov dünya reytinq cədvəlində liderliyini qoruyub
Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub.

Qərbinfo.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası Budapeşt Qran-Prisindən sonra reytinq cədvəlini açıqlayıb. Qran-Pri yarışında bürünc medal qazanan Telman Vəliyev (73 kq) 31 pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb. Bu çəki dərəcəsində digər cüdoçumuz Hidayət Heydərov altıncı mövqedədir. Ağır çəkili cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yerlərdədirlər. Uşangi Kokauri (+100 kq) isə bir pillə geriləyərək 15-ci pillədə qərar tutub.

Komandamızın digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 26-cı, Kəramət Hüseynov 37-ci, Orxan Səfərov (hər ikisi 60 kq) 38-ci sırada qərarlaşıblar.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə dünya reytinq cədvəlində beşincidir.






Son Xəbər