XƏBƏR, HADİSƏ
12-07-2019, 12:57

Azərbaycanın bəzi rayonlarında yağış, leysan və dolu gözlənilir - HAVA PROQNOZU

Azərbaycanın bəzi rayonlarında yağış, leysan və dolu gözlənilir - HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb.

Qərbinfo.az xəbər verir ki, iyulun 12-də hava əsasən yağmursuz keçəcək, lakin gün ərzində bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.






Son Xəbər