XƏBƏR, HADİSƏ
12-07-2019, 11:22

Güclü yağış və dolu Marneuliyə ciddi ziyan vurub

Güclü yağış və dolu Marneuliyə ciddi ziyan vurub

Aramsız yağışlar, dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub.

Qərbinfo.az xəbər verir ki, rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib. Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektrik xətlərini zədələməsi ilə nəticələnib. Təbii fəlakətin rayonuna vurduğu zərərin həcmi hesablanır.

Marneulinin meri Zaur Darğallı bildirib ki, təbii fəlakətdən ziyan çəkən təsərrüfat sahiblərinə kompensasiya verilməsi nəzərdən keçirilir.

Dam örtüyü uçmuş evlərin sahiblərinə yardım göstəriləcək.






Son Xəbər