XƏBƏR, SOSİAL
12-07-2019, 10:21

"Twitter"in işində problemlər yaranıb

"Twitter"in işində problemlər yaranıb
Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, problemlər saat 22:46-da başlayıb. Texniki qüsurlar əsasən ABŞ, Braziliya, Yaponiya və bir sıra Avropa ölkəsində qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 53 faizi saytın işində problemlərlə, 28 faizi sosial şəbəkənin "iPhone" və "iPad" qurğuları üçün mobil tətbiqində problemlərlə, 17 faizi isə "Android" qurğuları üçün mobil tətbiqində problemlərlə üzləşiblər.






Son Xəbər