XƏBƏR, MANŞET-SLAYDER
10-07-2019, 18:00

Şəmkirin bir sıra kəndlərində qaz təchizatında fasilələr olacaq

Şəmkirin bir sıra kəndlərində qaz təchizatında fasilələr olacaqİyulun 10 və 11-i Şəmkir rayonun bəzi kəndlərində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, xətlərdə qaz sızmasının aradan qaldırılması, təmir-bərpa və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar Şəmkir rayonun Kür qəsəbəsi, Səməd Vurğun, Qapanlı, Keçili, Xuluf, Yeniabad, Mahmudlu kəndlərinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Qərbinfo.az-a Şəmkir Regional qaz İstismarı İdarəsindən bildirilib ki, qaz təchizatında fasilələr qısa zamanda aradan qaldırılacaq.






Son Xəbər