XƏBƏR, SOSİAL
10-07-2019, 19:17

Kür qəsəbəsinin gənclərindən örnək aksiya - ŞƏMKİR

Kür qəsəbəsinin gənclərindən örnək aksiya - ŞƏMKİR
Respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də ətraf mühitin mühafizəsinə xüsusi önəm verilir.

Rayonda davamlı yaşıllaşdırma və təmizlik üçün mütəmadi tədbirlər təşkil olunur. Artıq bu tədbirlərə rayon sakinləri də qoşulub. Xüsusilə gənclər bu işlərdə fəallıq nümayiş etdirirlər.

Qərbinfo.az xəbər verir ki, növbəti təmizlik kampaniyası rayonun Kür qəsəbəsinin gəncləri tərəfindən ətraf mühitə qarşı həssaslığın artırılması məqsədi ilə qəsəbədə yerləşən parkda və şəhidlərin abidəsi ətrafında aparılıb.

Bu örnək aksiyaya qoşulan qəsəbə gəncləri bildirir ki, tədbirin əsas məqsədi qəhrəmalıq səlnaməsi yazan şəhidlərimizin abidəsi yerləşən ərazilərdə, istirahət mərkəzlərində təmizliyə riayət olunmasını təbliğ etmək, həmin yerlərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti bu aksiyaya qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edib və hər kəsi rayonumuzu çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırıb.

Son Xəbər