XƏBƏR, SİYASƏT
10-07-2019, 21:45

Xalq Əli Kərimliyə niyə etiraz etdi?

Xalq Əli Kərimliyə niyə etiraz etdi?
Ənənəyə uyğun olaraq, ötən bazar ertəsi AXCP sədri Əli Kərimli yenidən "Osmanqızı" TV-də canlı yayıma çıxdı. Hər zaman olduğu kimi, bu dəfə də şər və böhtanlarını, qərəzli fikirlərini ictimaiyyətə sırımağa çalışdı. Amma uğursuz “siyasətçi” və istedadsız bloger yenə də xalqın virtual etirazı ilə qarşılaşdı.

Güclü bloklaşmaya və rəylərin silinməsinə baxmayaraq, veriliş boyu “youtube” istifadəçiləri Ə.Kərimlinin fikirlərini rədd etdiklərini bildirir və canlı yayımı “dislike” edirdilər. Yayım ərzində, təxminən, 2100-dən artıq sosial şəbəkə fəalı Ə.Kərimlinin çıxışını bəyənmədiyini bildirmişdi. Baxmayaraq ki, başda Sevinc Osmanqızı olmaqla, AXCP-nin bütün trolları “like” üçün insanlara yalvarırdılar, lakin bu da heç bir nəticə vermədi. Təqdim edilən şəkildən də görürsünüz ki, Osmanqızının moderatorları və Ə.Kərimlinin trolları verilişi “bəyənmə” üçün yalvarır, “dislike” edənləri isə, aşağılayıcı ifadələrlə təhqir edirlər.

Əli Kərimli Prezident Aparatını ailə obyektinə çevirmişdi

Bu və ötən canlı yayımlarda efirə qoşulan insanların da Ə.Kərimlini sərt tənqid etməsi göstərir ki, artıq ictimaiyyət AXCP sədrinin yalanlarını qəbul etmir. Onun danışdıqları və Osmanqızının qərəzli mövqeyi, efirdə əzilib-büzülməsi izləyicilərdə ancaq ikrah doğurur. Eyni zamanda, ötən 26 il ərzində baş verənlər pxisoloji olaraq insanların kəskin münasibətini ortaya qoyurdu...

Çünki, Ə.Kərimlinin zamanında təmsil olunduğu AXC-Müsavat iqtidarı başdan-başa korrupsiya içində idi. 1993-cü il mayın 25-də prezident aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən

müşavirədə Elçibəy üzünü məmurlara tutaraq deyirdi: "Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa, 100 minlərlə al...Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir".

Ali Məhkəmənin sədri Tahir Kərimlinin həmin müşavirədə dediklərini unutmaq olmaz: "Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq və rüşvətxorluq cinayətləri 10 illə müqayisədə, 1992-ci ildə 4 dəfə artıb... Bəli, rüşvətxorluq respublikanı başına alıb gedir... mən axı hakimə necə deyə bilərəm ki, milyoneri işə bərpa eləyirsən, qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa eləyir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki cinayətkardır..., onlar bu gün Nazirlər Sovetinə, Dövlət Aparatına yığışıblar..."

Ə.Kərimli 1993-cü ildə Prezident Aparatında dövlət katibi olanda, həyat yoldaşı Samara Hüseynova da şöbə müdiri idi. Bir evdən Prezident Aparatına məxsus 2 maşın çıxıb bunları işə gətirir, axşam da işdən qaytarırdı. Əlbəttə ki, belə bir hakimiyyətdə ən yüksək postlardan birini tutmuş Ə.Kərimlinin indiki iqtidarı ittiham etməyə, insanları sakit və firavan yaşadığı üçün qınamağa haqqı varmı? Elə buna görə idi ki, artıq ictimaiyyət Ə.Kərimlinin yalanlarından bezib.

Əli Kərimli heç bir halda hakimiyyətlə sövdələşməyə getdiyini dana bilməz

Hər kəs yaxşı bilir ki, Ə.Kərimli dövlət katibi komsomolçu idi. Sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi idi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə, parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları və yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Vaxtilə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirmişdi ki, Ə.Kərimli, Cəmil Həsənli və AXCP

rəhbərliyində təmsil olunan başqa bir neçə nəfər 2000-ci ildə parlament seçkiləri ərəfəsində “Xankəndi” restoranında YAP təmsilçiləri ilə görüşüb, deputat mandatı ətrafında sövdələşmə aparmışdı: "Həmin dövrdə Ə.Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib. Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Ə.Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var".

Əgər S.Novruzovun dedikləri böhtandırsa, Ə.Kərimli niyə indiyədək bunları təkzib etməyib? Çünki Ə.Kərimli qorxur ki, bu mövzuda nəsə desə, YAP təmsilçisi ortaya yeni faktlar qoyar və AXCP sədri tamamilə ifşa olunar.

AXCP sədri bu günə qədər milyonlarla ölçülən gəlirlərinin mənbəyini açıqlamır

Yaşlı və orta nəsil Ə.Kərimlinin Elçibəyə və müxalifət düşərgəsinə dəfələrlə xəyanət etdiyini yaxşı xatırlayır, amma onun ətrafındakı sadəlövh gənclər hələ də AXCP sədrinə inanırlar. Elə bu məqamda ictimaiyyəti və həmin gəncləri də maraqlandıran bir sıra sualları da ünvanlamaq yerinə düşər. Tez-tez hakimiyyətin korrupsioner olduğunu iddia edən Ə.Kərimli niyə ətrafındakılara anlatmır ki, 2005-ci ildən bu yana heç yerdən maaş almadığı halda, bahalı “Mazda 9” avtomobilini, Dübəndi və Novxanıdakı 2 villanı, Bristolda Türkelin yaşadığı mənzili hansı pulla alıb? 5-6 cangüdəni nəyin hesabına saxlayır? Türkelin İngiltərənin ən bahalı universitetlərindən birindəki təhsil haqqını haradan ödəyib?

Ə.Kərimli nağıl danışırdı ki, guya həyat yoldaşına gənc mütəxəssis kimi verilmiş ikiotaqlı mənzili satıb, bütün xərclər onun hesabına ödənib. Hər bir məntiqli insan soruşar ki, ikiotaqlı mənzilin qiyməti məgər 1 milyon dollardır?

Psevdovətənpərvərin düşmən mövqeyində duran övladı Vətən daşı ola bilməz

Ə.Kərimlinin yalan və saxtakarlıq üzərində qurduğu bu imperiya barədə insanlar düşünür, suallar ünvanlayır, lakin cavab almayınca, əks-reaksiya formalaşır. İctimaiyyətin Ə.Kərimli haqqında təsəvvürləri və fikirləri onun oğlu Türkel Kərimlini ermənilərlə birgə ABŞ-a göndərəndə, bir daha təsdiqləndi. Məhz Vaşinqtondakı dinləmələrdə Türkel Kərimli Azərbaycan hakimiyyətini tənqid edəndə, qondarma rejimin başçısı Bako Saakyanın oğlu və digər ermənilər də həmin tədbirdə iştirak edirdilər. Özünü guya vətənpərvər sayan Ə.Kərimlinin oğlu Türkel Kərimli separatçı rejimin nümayəndəsinin həmin tədbirdə iştirakına niyə etirazını bildirməmişdi? Və ya onların tədbirdə iştirakından istifadə edərək, niyə Dağlıq Qarabağ haqqında bir kəlmə də danışmamışdı? Guya siyasətə qarışmadığını iddia edən Türkel Kərimli deyə bilərmi ki, Vaşinqtondakı tədbirdə kimi və ya hansı təşkilatı təmsil edirdi? Bu, ailə tədbiri idi ki, orada fiziki şəxs olan atasını təmsil etsin? Yox əgər AXCP-ni təmsil edirdisə, niyə atasına sual vermirdi ki, partiyada başqa adamlar olduğu halda, məhz onu - "siyasətə qarışmayan" bir gənci okeanın o tayına göndərir?

Vətənə xəyanət, heç bir halda, cəmiyyətin diqqətindən yayınmaz. Ona görə də, Ə.Kərimlinin, heç bir halda, vətənpərvərlikdən, Vətən amilindən söz açmağa mənəvi haqqı çatmır.

Əli Kərimlinin oğlu niyə mitinqlərə gəlmir?

Türkel Kərimli deyə bilərmi ki, 2-3 il əvvəl yaydakı mitinqlərin birində saxlandıqdan sonra niyə, bir dəfə də olsun, digər mitinqlərə qatılmayıb? Lap özü Bakıda olmayıbsa, anası və ya digər ailə üzvləri həmin mitinqlərə

qatılıblarmı? Mitinqdə iştirak edib saxlanılmaq, işdən çıxarılmaq və ya ali məktəbdən qovulmaq yaxşıdırsa, Ə.Kərimlinin, Cəmil Həsənlinin və digər "Milli Şura" rəhbərlərinin ailə üzvləri niyə iştirak etmirlər? Pisdirsə, başqalarını niyə təkidlə aksiyaya çağırırlar? Gəlməyənləri də tənbeh edirlər. Belə çıxır ki, xaricdə gün keçirmək, kef etmək "Milli Şura" liderlərinin ailə üzvlərinin, mitinqlərə gəlmək, döyülmək, söyülmək, saxlanmaq , həbs olunmaq , əfv olunduqdan sonra da "xain damğası" vurulmaq digər gənclərin qismətinə yazılıb. Buna aid yüzlərlə nümunə var.

Niyə gənclər AXCP sədrinin fitvasına uyub, qanunsuz hərəkətlər törədərək həyatlarını puç etməlidirlər? Məgər bütün günü sosial şəbəkələrdə oturub siyasi opponentləri təhqir etmək, arabir də aksiyalara çıxıb qışqırmaq, məhz bu gənclərin alnına yazılıb? Belə işlər yaxşıdırsa, niyə Ə.Kərimlinin öz övladları həmin proseslərdə iştirak etmirlər? Pisdirsə, nəyə görə başqalarının övladları bu yola dəvət edilir? Belə çıxır ki, qara işə sadə cəbhəçilər göndərilməli, “liderlərin"in övladları isə, xaricdə gün keçirib əylənməlidirlər.

Hazırda Ə.Kərimlinin oğlu Türkel ABŞ-da, qızı Selcan isə İngiltərədədir. Cəmil Həsənlinin hər iki qızı Böyük Britaniyada yaşayır. İsa Qəmbərin oğlu İlkin Kanadada, Arif Hacılının oğlu Orxan və Hikmət Hacızadənin oğlu Adnan Amerikadadırlar. Siyahını uzatmaq da olar.

Sosial şəbəkə istifadəçiləri Əli Kərimlini biabir etdilər: oğlun niyə hərbi xidmətdən yayınır?

Vətənpərvərliyi hər zaman bir siyasi oyun vasitəsi kimi istifadə edib dividend qazanmağa çalışan Ə.Kərimli ictimaiyyətin sərt sualları qarşısında, bi müddət öncə də, susqun qalmışdı. Sevinc Osmanqızı ilə canlı yayımda çıxış edən Ə.Kərimli hərbi xidmət məsələsindən danışıb və pafoslu şəkildə bildirib ki, hərbi xidmət vətənpərvərlik göstəricisidir. Lakin bu sözləri deyən Əli Kərimli unudub ki, oğlu Türkel Kərimli hərbi xidmətdən yayınmaq üçün ABŞ-a qaçıb. Məhz bu məqamı Ə.Kərimlinin diqqətinə çatdıran "youtube" istifadəçiləri

AXCP sədrini yamanca pərt ediblər. Sual ediblər ki, nə üçün xalqa vətənpərvərlik dərsi keçən Ə.Kərimli oğlunu hərbi xidmətdən yayındırıb, xaricə qaçırıb? Niyə Prezident İlham Əliyevin oğlu Heydər Əliyev hərbi xidmətini çəkir, amma Türkel Kərimli ABŞ-da erməni lobbisinin nümayəndələri ilə əylənir?

Elə ötən dəfə “Azərbaycan saatı” kanalına zəng edən vətəndaşlardan biri Əli Kərimliyə oğlu ilə bağlı eyni sualı ünvanlasa da, ənənəvi olaraq, sualdan yayınıb, aydan, çaydan danışıb.

Yəni görünən odur ki, Əli Kərimlinin fikirləri də, sözləri də, əməlləri də saxtadır, yalandır. Artıq belə bir ictimai düşüncə formalaşır ki, Ə.Kərimli, sadəcə, oğlunu hərbi xidmətdən yayındıran və Azərbaycanı qrant naminə satan bir Vətən xainidir...

Müxalifət daxilində belə Əli Kərimlini qəbul etmirlər

Ə.Kərimlinin saxtakar və psevdovətənpərvər olması haqqında düşüncə təkcə ictimaiyyətdə deyil, eləcə də, müxalifət düşərgəsində də formalaşıb. Məsələn, bir müddət öncə, Oyan konsulu Nahid Cəfərov yazdığı statusunda Ə.Kərimli uğursuz partiya rəhbəri kimi vəzifəsindən istefa versə, "Milli Şura" buraxılsa, "Azadlıq" qəzeti və "Turan" TV bağlansa o zaman şəxsiyyətə pərəstişlər, rüşvətxor və sənəd alverçiləri ortada olmayacaqlar.

ABŞ-da yaşayan müxalifyönlü jurnalist, “Düzdanışaq” “youtube” kanalının admini İsmayıl Cəlilov isə Ə.Kərimli və trollarını daha dərin şəkildə ifşa edib. O deyib: “2 gündür, AXCP-nin trolları kanalıma tökülüşüb. 2 gündür, ana-ata söyüşlərini ehtiva edən şərhlərini “facebook” və “youtube” səhifələrimdən pozuram. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə deyəsən? AXCP-nin trolları dövlətin trollarından da pis imiş. Ə.Kərimli mənim efirimə gəlmir, çünki kanalımı balaca sayır. Yaxşı, başa düşdük. Mənim 4000 izləyicim çox azdır. Amma kanalım balacadırsa və məni izləyən azdırsa, niyə sənin tərəfdarların bundan qorxur, Əli bəy? Niyə mən səhərdən-axşama qədər

onların söyüşlərini təmizləməliyəm? Bunlar sənin tərəfdarlarındır. Əli bəy, birmənalı təlimat verin ki, mediaya basqı etmək olmaz, onları çəkindirin. Siz müstəqil media tərəfindən heç də rəğbət qazanmırsız. Özünüzə lider deyirsinizsə, liderlik edin. Mən nə “CNN” kanalı deyiləm , nə də ki “Osmanqızı" TV. Nədən qorxurlar sizin ardınızca gedən bu məxluqlar? Məndə qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, necə cəmiyyət quracaqsınız? Siz hələ müxalifətdəsiniz, görün tərəfdarlarınız nə edir? İqtidara gəlsəniz, jurnalistlərin başına nə oyun açacaqsınız? Budur sizin Azərbaycana dair gələcək vizyonunuz? Dünən sizi Sevinc Osmanqızının kanalında izlədim. Gələcək haqqında heç bir fikrinizi eşitmədim. Mən sizi artıq müstəqil və bitərəf medianın dostu saymıram. Sizi Sevinc Osmanqızı çox sorğulamır, amma mənim sizə çox sualım var. Ə.Kərimli, çıxdığınız kanalda açıqlayın, siz Azərbaycanın gələcəyini necə görürsünüz? Müstəqil mediaya qarşı bu cür alçaqcasına hərəkət edən iqtidarmı olacaqsınız? Biz də sizin üçün təhlükəyik? Mən Azərbaycanda yaşayanda, sizin partiyanıza səs vermişəm. Mən inanmırdım ki, müxalifət məni belə alçaq hərəkətlə vuracaq. Siz utanmırsız? Sizə pozitiv yanaşan adamı özünüzə qarşı yönəldirsiniz. Sizin tərəfdarlarınız özünə çoban axtaran bir sürüdür. Ə.Kərimli peyğəmbərdir ki, onu tənqid etmək olmaz? Siz özünüzə hansı haqqı tanıyırsız ki, müstəqil mediaya söz atırsız? Mən müxalifətdən belə alçaq hərəkət gözləmirdim. Heç kimdən də üzr istəmirəm. Bisavad sürüsünüz, söyüşü belə düzgün yaza bilmirsiniz. Mən sizin quracağınız Azərbaycandan qorxuram. Belə Azərbaycan istəmirəm, cəhənnəmə qədər yolunuz var”.

Göründüyü kimi, Ə.Kərimli haqqında ictimaiyyətdə formalaşmış fikirlər, artıq müxalifət daxilində də yaranıb. Artıq hər kəs bilir ki, Ə.Kərimli elə 1992-ci ildəki adamdır, düşüncəsi və diktator xisləti hələ də dəyişməyib. Məhz bu və sadaladığımız səbəblər üzündən insanlar Ə.Kərimliyə inanmır, yeri gələndə, etirazları ilə öz mövqelərini ortaya qoyurlar.

Şəhid atasının ruhunu təhqir edən Sevinc Osmanqızı

İnsanların eyni münasibəti həm də Sevinc Osmanqızına aid edirlə. Azərbaycan ictimaiyyəti Osmanqızının əsil simasını və xislərini məlum səs yazısı yayıldıqdan sonra anladı. Sevinc Osmanqızının məlum səs yazısı yayıldıqdan sonra, onun Azərbaycan dövlətinə qarşı fəaliyyəti ifşa olundu. İctimaiyyət bir daha gördü ki, Sevinc Osmanqızının hər gün Azərbaycan hakimiyyətini saxta ittihamlarla tənqid etməsinin arxasında, məhz onun qrant hərisliyi dayanıb. Bütün bunlar azmış kimi, yenidən efirə çıxan Osmanın qızı özü haqqında məsum obrazı yaratmağa çalışsa da, artıq gec idi, qatar getmişdi…

Guya sadə həyat tərzi sürdüyünü iddia edən Osmanqızı bu günə qədər Floridadakı 300 min dollarlıq evi, hər gün bahalı butiklərdən alış-veriş etməsi haqqında tutarlı açıqlama verməyib. Demək ki, onun Azərbaycan hakimiyyətinə qarşı fəaliyyətinin çox güclü maliyyə qarşılığı olur.

Mütəmadi olaraq, sosial şəbəkələrdən istifadə edən insanlar, yaxşı bilirlər ki, Sevinc Osmanqızı yalan danışmağı çox yaxşı bacarır. Efirdə əzilib-büzülür, kövrəlir ki, bəlkə kimlərisə inandıra bilər. Amma hər kəs yaxşı anlayır ki, pulla olsa da, izləyici sayını artırıb, saxta 100 min rəqəmini bayram edən Sevinc Osmanqızının cəmiyyətimizdə dəstəyi yoxdur. Necə ola bilər ki, 104 min izləyicisi olan bir kanalın canlı yayımına heç 500 nəfər baxmır, like etmir? Əgər bu gün onun anti-Azərbaycan fəaliyyətinə etiraz olaraq, canlı yayımlarınızı dislayk edənlərin sayı bu gün 2-3 mindirsə, sabah 5-10 min olacaq. Çünki Osmanqızı həmin 5-10 minlərin yaşadığı Azərbaycanın əleyhinə olan planlarda yer alıb.

Sevinc Osmanqızı bu qədər yalanla, Vətəni satmaqla qrant almaq birbaşa ermənilərin vurub partlatdığı vertolyotda şəhid olan atası Osman Mirzəyevin ruhunu təhqir etmiş olur…

Bütün bunlar bir daha xalqın "Osmanqızı" TV-yə və orada canlı efirə çıxan Ə.Kərimli kimilərə qarşı birmənalı xarakter alır. Artıq ictimaiyyət nə Kərimliyə, nə də Osmanqızına inanır. Ona görə də, kütləvi virtual etiraz onu göstərir ki, adları çəkilən Vətən xainləri bundan sonra da insanlar tərəfindən qəbul edilməyəcəklər…

Qərbinfo.az "SİA"-ya istinadən.






Son Xəbər