XƏBƏR, SİYASƏT
10-07-2019, 13:57

Anti-Azərbaycan dairələrə xidmət göstərənlər kimlərdir? - ÖZƏL ŞƏRH

Anti-Azərbaycan dairələrə xidmət göstərənlər kimlərdir?Son günlər xalqımızın milli və dövlətçilik maraqlarına, eyni zamanda müstəqilliyimizə qarşı yönəlmiş hər cürə qarayaxma kampaniyalarını həyata keçirən insanlar kimlərdir və onların məqsədləri nədir?

Bəzi müxalif dairələr, eyni zamanda internet trolları ölkəmizə qarşı yönəlmiş qara kompaniyada fəal iştirak edirlər. Onlar internet məkanında qeyri-etik davranışlar, təhqir və söyüş ifadələri işlədərək, yalan-yalnış şərhlər verməklə, cəmiyyət üzvləri arasında nizam-intizam qaydalarının bozulmasına təşəbbüs göstərirlər. Onlar bununla da, ölkəmizdə süni şəkildə ictimai narahatlıq mənzərəsi yaratmağa çalışırlar.
Qeyd etmək istəyirəm ki, bütün bunların fonunda, bir mqsəd dayanır. Azərbaycan xalqının milli və dövlətçilik maraqlarına zərbə endirmək. Buna maddi sübut kimi, həmin bəzi müxalif insanların hərəkətlərini diqqət mərkəzinə gətirmək istəyirəm. Misal üçün, müxtəlif sosial şəbəklərdə şər və böhtan yağdıran Qurban Məmmədov, Vidadi İsgəndərli, Tural Sadıqlı, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və digərlərinin, səsləndirdikləri və mətnaltı mənada vurğuladıqları fikirlər, bəzi xarici dairələrin anti-Azərbaycan siyasətinin, açıq-aşqar forması olduğunu təstiqlyir. Hətta onların hərəkətlərində düşmən Ermənistanın maraqlarının belə təbliğ olunduğu məqmlar diqqət çəkən dərəcədədir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, həmin insanlar xarici anti-Azərbaycan və ermənipərəst qüvvələrin maddi dəstəyini belə almaqdan çəkinmirlər.
Qeyd etmək istəyirəm ki, o insanlar həmin maddi dəstək qarşılığında Azərbaycanın imicinə zərbə endirmək və ölkəmizin inkişafının qarşısını almaq məqsədi ilə, siyasi və ictimai sabitliyimizin pozulmasına nail olmaq istəyən qüvvələrə xidmət göstərirlər. Əlbəttə ki, bu birmənalı olaraq, xalqımızın milli maraqlarına qarşı dönüklükdür, satqınlıqdır.

Qərbinfo.az-ın baş redaktoru Tural Əliyev






Son Xəbər