XƏBƏR, SİYASƏT
9-07-2019, 18:23

Bu internet trollarının erməni lobbisi ilə iş birliyində olmalarına dair yeni faktlar yayılıb

Bu internet trollarının erməni lobbisi ilə iş birliyində olmalarına dair yeni faktlar yayılıbQurban Məmmədovun, Vidadi İsgəndərlinin, Orduxan Teymurxanın erməni lobbisi ilə iş birliyində olmalarına dair yeni faktlar yayılıb.

Son vaxtlar diqqətçəkən reallıq ondan ibarətdir ki, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı hər cür qarayaxma kampaniyası aparan xaricdəki "söyüş qrupu" və daxildəki ələbaxım funksiyasını yerinə yetirən satqın və xəyanətkar müxalifət sosial şəbəklərdəki şər və böhtan kampaniyalarını genişləndiriblər. Bu isə, onu deməyə əsas verir ki, xarici maraqlı məkrli dairələr onlara xüsusi tapşırıqlar veriblər. Məhz bu tapşırıqların nəıticəsidir ki, xaricdəki "söyüş qrupu"nun üzvləri olan Qurban Məmmədov, Vidadi İsgəndərli, Tural Sadıqlı, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və digərləri vidio-paylaşmalarında erməni bosslarından sitatlar gətirib və aforizmlər paylaşırlar. Hətta AXCP sədri Əli Kərimli bir qədər də dərinə gedərək, erməni cəmiyyətini, onun baş nazirinin ünvanına mədhiyyələr söyləyir, Ermənistanın "demokratik" bir dövlət olduğunu bildirir. Yəni utanıb- çəkinmədən erməni lobbisinə xidmət etdiklərini nümayiş etdirirlər. Təbii ki, qarşılığında erməni təşkilatlarından maliyyə yardımları alırlar.

Müxalifət qaranlıq otaqda birə tutmağa cəhd edir

Əldə etdikləri maliyyə vəsaiti hesabına, milli və dövlətçilik maraqlarını satmaqla əldə etdikləri qrantlar hesabına xarici ölkələrdə mülklər alır, övladlarını müxtəlif xarici ölkələrin təhsil ocaqlarında oxutdururlar. Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri populist açıqlamalar, bəyanatlar verməklə yanaşı, mitinqlər keçirməyə və bununla da, xarici ağalarının diqqət mərkəzinə çevrilməyə də cəhdlər göstərirlər. Halbuki bu məxluqlar aksiyaların onların istək və arzularına uyğun baş tutmadığını başa düşürlər və dərk edirlər ki, cəmiyyət onları qəbul etmir, bu səbəbdən də, mitinqlər iflasa uğrayır. Siyasi analitiklər isə, o fikirdədir ki, aksiyaların hansı rüsvayçılıqla nəticələnməsinə baxmayaraq, bu müxalif başbilənlərini narahat etmir. Demək olmaz ki, müxalifət liderləri acı taleləri ilə barışırlar. Əsla, barışmazlar. Onlar üçün başlıca münasibətlər qrant aldıqları xarici təşkilatların və erməni lobbisinin dəyəridir. "Turan" TV, "Meydan" TV "Azərbaycan saatı" kimi təbliğat maşınları bu mənəviyyatsızlar üçün xəyanət tribunası rolunu oynamaqla, çirkin fəaliyyətlərini təbliğ edirlər. Erməni lobbisi ilə illərdən bəri əməkdaşlıq edən, Leyla və Arif Yunuslar, Qurban Məmmədov, Xədicə İsmayıl, Ələkrəm Hümmətov, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Azər Kazımzadə və digərləri də dağıdıcı xislətli müxaliflərə şər və böhtan kampaniyasının aparılmasında öz xislətlərinə uyğun dəstək nümayiş etdirilər. Xaricdə mühacir həyatı yaşayan "Söyüş qrupu" Azərbaycanın iqtisadi inkişafına, diplomatik uğurlarına qara yaxan belələri saxtakarlığa üstünlük verərək, gerçəyi gizlədir və özlərini demokratiya tərəfdarları hesab edirlər. Əslində isə, sığındıqları Avropa ölkələrində belə qəbul olunmayan, yalnız Azərbaycana qarşı qara piarlarda vasitə kimi istifadə edilən bu satqınların yaşadığı yer elə çirkinliklərinin təqdim olunduğu iaşə obyektləri, avtobus dayanaqcaqları və tualetlərdir. Necə deyərlər, mikrob elə murdar yerdə qol-qanad açar. Cəbrayıl rayonunda göz açmış O. Teymurxan indi arvadının vətəni olan Niderlanddan, milli şərəf hissini itirərək, bütün dünyaya car çəkir ki, ermənilər işğal altında olan Cəbrayılda bir dənə də olsun tarixi-mədəni abidəmizi, o cümlədən, qəbirlərimizi dağıtmayıblar.

"Söyüş qrupu"nun üzvlərinə erməni deyilsə, daha münasib olar

Zənnimizcə, bu satqın mövqeyindən sonra Orduxanın xarici erməni diaspor və lobbi mərkəzlərinin əlində oyuncaq-alət olduğunu, xüsusi olaraq, isbat etməyə heç bir lüzum qalmır. Eyni zamanda, onun Cəbrayıl camaatının adından vəkillik etməyə heç bir haqqı yoxdur. O, satıldığı andan bu haqqı ömürlük itirib, eləcə də, Q.Məmmədov və V.İsgəndərli. Bu hər iki simasız və varlıqlarını tamilə itirmiş məxluqlar Azərbaycan adından danışmağa haqları yoxdur. Baxmayaraq ki, hər fürsətdə azərbaycanlı adından çıxışlar edib, Azərbaycan dövlətinin vətəndaşı olmalarını bəyan edirlər. Reallıqda isə, ermənidən də betər ermənidirlər. Sosial şəbəklər vasitəsi ilə erməni qucağında daha rahat oturmağa çalışan "söyüş qrupu"nun üzvləri öz layiq olduqları cəzanı alacaqları şübhəsizdir. Çünki cinayət və bəd əməl cəzasız qala bilməz. Belə halların davam etməsi, cəmiyyət üçün faciələr yarada bilər. Bu baxımdan, internet trollarının ədəbsiz fəaliyyətlərinə son qoyulmasına az qalıb. Digər tərəfdən, "Facebook" sosial şəbəkəsində, zorakılıq təbliğ edən, terrora çağırış olan saxta profillərin bağlanması barədə də qərar verilib. Bu isə, o deməkdir ki, Ə.Kərimli, A.Hacılı, Leyla və Arif Yunuslar, Qurban Məmmədov, Xədicə İsmayıl, Ələkrəm Hümmətov, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Azər Kazımzadə sosial şəbəkələr üzərində saxta profillər açaraq terroru, zorakılığı təbliğ edə, insanları iğtişalara çağıra bilməyəcəklər. Qərbinfo.az






Son Xəbər