XƏBƏR, SİYASƏT
9-07-2019, 18:49

“Əli Kərimli və Arif Hacılı müxtəlif güc mərkəzlərinin “ştatlı işçilərdir”

“Əli Kərimli və Arif Hacılı müxtəlif güc mərkəzlərinin “ştatlı işçilərdir”
“Xaricdə məskunlaşan “söyüş müxalifətinin” təmsilçiləri ölkə daxilindəki dağıdıcı arasındakı ziddiyyətlər son vaxtlar qabarıq şəkildə görünsə də, əslində bu ziddiyyətlərin və qarşıdurmaların başlanğıcı ötən illərə gedib çıxır”.

Qərbinfo.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, məsələ budur ki, biz onları cəmiyyətə tanıtmaq üçün “söyüş müxalifəti”, “radikal müxalifət” və sair kimi qısa adlardan istifadə etsək də, bunların nə müxalifətçiliyə, nə siyasətə, nə də başqa bir sivil platformaya aidiyyatları yoxdur: “Bunlar, sadəcə Əli Kərimli və Arif Hacılı müxtəlif güc mərkəzlərindən aylıq “maaş” alan, Azərbaycan xalqına, dövlətinə, hakimiyyətinə qarşı qarayaxma kampaniyasında “vəzifə” tutan “ştatlı işçilərdirlər”. Problemləri oradan başlayıb ki, “vəzifələrini” uğurla icra edə bilməyiblər, xərclənən milyonlarla dollar vəsaitin qarşılığında heç bir nəticə əldə edə bilməyiblər: nə Azərbaycan xalqında çaşqınlıq yaranmayıb, nə ictimai sabitlik pozulmayıb, nə də stabil auditoriya formalaşdıra bilməyiblər. Fikir versək görərik ki, bu kampaniyanın ilk hədəflərindən biri 2018-ci ildə keçirilən prezident seçkiləri olub. Amma həmin kampaniya prezident seçkilərinə heç bir halda təsir göstərmədi, xalq öz səsini sabit saxladı, prezident ətrafında birliyini qorudu. Bu halda “söyüş müxalifəti” və daxildəki “radikal müxalifət” yeni taktika işlətdi, ayrı-ayrı məmurları hədəf seçdilər, hansılar ki, həmişə Prezidentə ən sadiq olublar, belələrinə ləkə atdılar, söyüş söyüb çaşdırmaq, qorxudub çəkindirmək istədilər. Amma yenə də heç bir nəticə hasil olmadı. Müşahidələr göstərir ki, indi daha bir tezis üzərində çalışırlar. İndi də etnoslar məsələsini qabardırlar, Azərbaycanda multikultural dəyərləri, tolerantlığı hədəf seçiblər. Təbii ki, yenə də iflasa uğrayacaqlar. Belə olan halda, onların daxili problemləri başlayır. Onları maliyyə vəsaiti ilə, tezislərlə, texnologiya ilə təmin edən mərkəzlər düşünürlər ki, bu cür yarıtmaz, heç bir nəticə əldə etməyən şəxslərlə əməkdaşlığı kəsib, daha radikal, daha “bacarıqlı” komandalarla iş qursunlar. Yəni kölgədə dayanan, bu kampaniyanı görünməyən guşələrdən idarə edən qüvvələr indi seçim edirlər, “daha keyfiyyətli olanları” seçirlər. Bunlar da bir-birini qırırlar ki, həmin seçim turunda qalib olsunlar. Biri-birini, öz yoldaşlarını, kamandaşlarını da satırlar, təhqir edirlər, alçaldırlar ki, sahiblərinin gözündə özləri ucalsınlar, daha fərasətli görünsünlər, yeni kampaniyalarda “vəzifə tuta bilsinlər”. Oxucular diqqətlə yanaşsalar görərlər ki, bu çirkin kampaniyanın təmsilçiləri özlərinin sosial şəbəkə üzərində yayılan çıxışlarında az qala yalvarırlar ki, onların çıxışlarını layk etsinlər, bəyənsinlər ki, bunlar da öz sahibkarlarına “bax, mən bu qədər auditoriya toplaya bilmişəm” deyə bilsinlər. Bir sözlə, “söyüş müxalifəti” və onların ölkə daxilində tərəfdarları olan –radikal müxalifət düşərgəsində seçim turu başlayıb. Düşmən yeni həmləyə hazırlaşır, öz komandasını saf-çürük edir, yenidən toparlayır, “daha keyfiyyətli olan”larla işləmək istəyir. Biz bu barədə informasiyalıyıq. Yeni kampaniyada vəzifə tutmaq, “yenidən maaş almaq”, verilən vəsaitləri bölüşdürmək uğrunda amansız daxili savaş başlayıb. Görünənlər bunun simptomlarıdır”.






Son Xəbər