XƏBƏR, SİYASƏT
9-07-2019, 17:51

“Müxalif ünsürlər bu və ya digər yollarla xaricidən maliyyə yardımı alırlar”

“Müxalif ünsürlər bu və ya digər yollarla xaricidən maliyyə yardımı alırlar”“Hər zaman adları çəkilən qüvvələrin maraqları bir-biri ilə toqquşanda onlar arasında qarşıdurma yaranır”.

Qərbinfo.az xəbər verir ki, bunu "SİA"-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, çünki onlar bir-birlərinə qarşı səmimi deyillər: “Sadəcə olaraq, onlar görüntü xatirinə bəzən bir-birinə səmimi olduqlarını göstərməyə çalışırlar. Bəzə birləşir, bəzən də bir-birini topa tuturlar. Səbəb də, xarici anti-Azərbaycan dairələrin tapşırığıdır. Məhz məkrli qüvvələrin sifarişlərinə uyğun olaraq pozuculuq aktları törətməyə cəhdlər göstərirlər. Nəd-nədi müxalifətə pul verirlər. Artıq bu gün hər kəsə bəllidir ki, dağıdıcı müxalif ünsürlər bu və ya digər yollarla xaricidən maliyyə yardımı alırlar. Xarici qüvvələrdə maliyyə dəstəyini ona görə verir ki, sifarişlərini yerinə yetirsinlər. Müxalifətdə təmsil olunana partiyalarda önə çıxmaqla həmin yardımı əldə etmək istəyir. Xaricdən maliyyə dəstəyinin davamının gəlməsi üçün müxalifət düşərgəsində birincilik uğurunda mübarizə gedir. Demək olar ki, artıq uzun illərdi ki, müxalifət təmsilçiləri eyni şeyləri təkrar edirlər. Ümumiyyətlə, istənilən halda maliyyə xatirinə milli, dövlətçilik maraqlarına getmək qəbul edilməz bir haldır”.






Son Xəbər