XƏBƏR, İQTİSADİYYAT
8-07-2019, 17:54

Ölkəmizdə çayçılığın inkişafına dair tədqiqatlar aparılır

Ölkəmizdə çayçılığın inkişafına dair tədqiqatlar aparılır
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları İlkin Hüseynov və Famil Əhmədov Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (AMÇETİ) Lənkəran filialında olublar.

AMEA –dan Qərbinfo.az-a bildirilib ki, Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyevlə görüşdə qonaqlara çayçılığın iqtisadi səmərəliliyi, bu sahənin inkişafı üçün yeni çay sortlarının yetişdirilməsinin vacibliyi, eləcə də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər barədə məlumat verilib. Professor bildirib ki, müasir elmi biliklərdən yararlanmaqla çayçılıq inkişaf etdirilməli, fermerlər arasında ciddi təbliğat işləri aparılmalıdır.

AMÇETİ ilə LREM arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladan alim birgə elmi təcrübə sahəsinin formalaşdırıldığını və onun elmi rəhbərliyi altında böyük perspektivli 4 yeni çay sortunun yetişdirildiyini söyləyib.

F.Quliyev intensiv sortların artırılması üçün AMÇETİ-nin Lənkəran filialının sahəsində plantasiyasının salınmasının və ayrı-ayrı fermer təsərrüfatlarına bu çay sortlarından əkin materialları üçün verilməsininin zəruriliyini vurğulayıb.






Son Xəbər