XƏBƏR, DÜNYA
8-07-2019, 11:25

ABŞ dövlət katibi: “İrana yeni sanksiyalar tətbiq olunacaq”

ABŞ dövlət katibi: “İrana yeni sanksiyalar tətbiq olunacaq”
ABŞ dövlət katibi Mayk Pompeo İranın nüvə proqramının inkişafına cavab olaraq yeni sanksiya və təcridolunma ilə üzülüşəcəyinə söz verib.

Qərbinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo öz “Twitter” səhifəsində yazıb.

"İranın nüvə proqramının genişləndirilməsi daha da təcridolunmaya və sanksiyalara gətirib çıxaracaq. Ölkələr uzun müddətdir ki, İranın nüvə proqramı üçün zənginləşdirmə standartının olmadığı bərpa etməlidir", deyə Pompeo Twitter-də yazıb.

"Nüvə silahına malik İran rejimi dünya üçün daha böyük təhlükə kəsb edəcək", - dövlət katibi əlavə edib.






Son Xəbər