XƏBƏR, HADİSƏ
6-07-2019, 13:49

Batan katamaranının göyərtisində 55 nəfər olub

Batan katamaranının göyərtisində 55 nəfər olub
Qara dənizdə batan və iki nəfərin öldüyü rus katamaranının göyərtəsində 55 sərnişin olub.

Qərbinfo.az "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Krasnodar vilayətinin Tuapse rayonunun başçısı Anatoli Rusin onların arasında 15 azyaşlının olduğunu bildirib. Onun sözlərinə görə, iyulun 5-də axşam saatlarında Cuqba qəsəbəsi yaxınlığına batan katamaran cəmi 12 nəfərlik olduğu halda, ona 55 sərnişin minib. Digər tərəfdən, bu su nəqliyyat vasitəsi istismar müddətini də başa vurub.

Rayon rəhbəri əlavə edib ki, köhnə katamaranın beş dəfədən artıq yüklənməsi nəticəsində faciə baş verib. İnsident çimərlik ərazisində baş verməyib və hazırda dənizdə istifadə olunan digər su nəqliyyat vasitələrinin yoxlanılmasına başlanılıb.

Qəzada həyatını itirən iki qadının ailəsinə maddi yardım göstərilib. İnsidentlə bağlı cinayət işi açılıb, katamaranın sahibi və kapitanı həbs edilib.






Son Xəbər