XƏBƏR, İQTİSADİYYAT
5-07-2019, 20:51

Bu il Çinin Şansi vilayəti ilə Azərbaycanın ticarət dövriyyəsi 10 milyon dollar artıb

Bu il Çinin Şansi vilayəti ilə Azərbaycanın ticarət dövriyyəsi 10 milyon dollar artıb
Cari ildə Çinin Şansi vilayəti (Sian) ilə Azərbaycanın ticarət dövriyyəsi 10 milyon dollar artıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Sian şəhərinin Xalq hökumətinin vitse-meri Qao Qao Bakıda keçirilən ticarət və əməkdaşlıq forumunda deyib.

O bildirib ki, ötən il isə Şansi ilə Azərbaycanın ticarət dövriyyəsi 29 faiz artıb: “İyulun 5-də Şansi vilayətində yola düşən qatar Azərbaycana çatacaq. Bu, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək”.

Çinli qonaq diqqətə çatdırıb ki, sentyabrda Şansi vilayətində 8-ci Avrasiya əməkdaşlıq forumu keçiriləcək. O, Azərbaycan rəsmiləri və sahibkarları sərgidə iştiraka dəvət edib.






Son Xəbər