XƏBƏR, İQTİSADİYYAT
5-07-2019, 16:58

“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 154,4 min istehlakçıya xidmət göstərib

“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 154,4 min istehlakçıya xidmət göstərib
“Azəriqaz” İstehsalat Birliyi cari ildə “ASAN xidmət” vasitəsilə 154,4 min istehlakçıya xidmət göstərib.

Birlikdən Qərbinfo.az-a bildirilib ki, “Azəriqaz” tərəfindən bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.

Altı ayda Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və Səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 154 min 460 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.






Son Xəbər