XƏBƏR, MARAQLI
5-07-2019, 12:18

Şəmkirlilər pomidor turşusunu belə hazırlayır - VİDEO

Şəmkirlilər pomidor turşusunu belə hazırlayırXanımların qışa hazırlığı davam edir.

Qərbinfo.Az bu dəfə pomidor turşusunun hazırlanma qaydasını təqdim edir.
Tərkibi:

Pomidor

Duz

Şəkər tozu

Çətirli şüyüd

Qara qarağat yarpağı

Qara istiot

Su

Hazırlanması:

Turşu yuyulmuş və saplaq tərəfdən deşilmiş zədəsiz, yetkin və böyüklükləri bənzər pomidorlardan hazırlanır. Daha sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. Duzlu məhlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Məhsul adi temperaturda saxlanır.

Nuş olsun! fellow







Son Xəbər