XƏBƏR, HADİSƏ
5-07-2019, 09:35

Şəmkir sakini qardaşını güllələyib

Şəmkir sakini qardaşını güllələyibDaxili İşlər Nazirliyinin (DİN) “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Qərbinfo.Az-ın məlumatına görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Araşdırmalarla kəndin əkin sahəsində Elşad Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı Rəşad Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.






Son Xəbər