XƏBƏR, İDMAN
4-07-2019, 23:57

Azərbaycanlı qılıncoynadanlar XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar

Azərbaycanlı qılıncoynadanlar XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar
İyulun 4-də Azərbaycan qılıncoynadanları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar. Yarışların birinci günündə şpaqaçılarımız mübarizəyə qoşulublar.

Qərbinfo.az-a xəbər verir ki, Azərbaycan universiadada dörd kişi və iki qadın qılıncoynadanla təmsil olunur. Yarışlarda şpaqa növü üzrə kişi idmançılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev iştirak edirlər. Sablya növündə isə kişilərdən Cavanşir Ağakişiyev, qadınlardan isə Anna Başta və Valeriya Bolşakova birincilik uğrunda mübarizə aparırlar.






Son Xəbər