XƏBƏR, SİYASƏT
4-07-2019, 18:26

Əli Kərimlinin satqın əməllərinə dair yeni faktlar açıqlanıb

Əli Kərimlinin satqın əməllərinə dair yeni faktlar açıqlanıb
Ceyms Makqovernin və Tom Lantosun AXCP sədri Əli Kərimliyə növbəti tapşırıqlar verdiyi bəlli olub

Zaman-zaman müxalifətin yaramaz xislətli partiya yetkililərinin xarici məkrli dairələrlə iş birliyində olmasına dair faktlar və sübutlar ortaya qoyulub. Təkzibedilməz sübutlar bir daha təsdiq edir ki, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “Milli Şura” rəhbəri Cəmil Həsənli və digərləri xarici anti-Azərbaycan dairələrin sifarişləri əsasında fəlaiyyətlərini qurub, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstəriblər. Qarşılığında isə, maliyyə yardımları alıblar. Başdan-ayağa çirkaba bulaşan partiya sədrləri bəzən övladlarını da dövlətimiz və xalqımız əleyhinə antitəbliğat kampaniyası aparmağa təhrik edirlər. Buna misal kimi, AXCP sədri Ə.Kərimlinin öğlu Turkel Kərimlini özünün çirkin əməllərinə şərik etməsini göstərmək olar. Məhz Ə.Kərimlinin tapşırığı əsasında T.Kərimli ABŞ-ın ermənipərəst konqresmeni Tom Lantosun təklifi ilə keçirilən insan haqları komissiyasının "Azərbaycanda insan haqlarının pozulması"na dair dinləmələrində iştirak və çıxış edib. Britaniya təhsilli T.Kərilminin ingilis dilində öz ölkəsi haqqında ağına-bozuna baxmadan, səpələdiyi böhtançı cümlələrini, o biri tərəfdən, yəni Azərbaycandan Xədicə İsmayıl adlı digər milli satqın da skayp vasitəsilə təsdiqləyib. Özü də, Ermənistandan tökülüşüb gəlmiş jurnalist ordusunun, "Amerikanın Səsi" radiostansiyasının erməni bürosunun əməkdaşlarının, həmçinin, işğal altındakı Qarabağın separatçı "prezidenti" Bako Saakyanın oğlu, Amerika Erməni Konqresinin fəalı Armen Saakyanın qarşısında.

Turkel Kərimli erməni kəşfiyyatı tərəfindən ələ alınıb

Təbii ki, Amerikanın ermənipərəst "simaları" – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, qondarma erməni soyqırımının tanınması istiqamətində erməni lobbisinin əlaltısına çevrilmiş siyasi korrupsioner Ceyms Makqovern və sairlərin qarşısında. Məsələ yalnız bununla bitmir. Yəni söhbət Ə.Kərimlinin əziz-xələf oğlunun atasının çirkablı yolunun davamı kontekstində gizlənən başqa faktorlardan da gedir. Məsələn, artıq 100% sübuta yetirilib ki, AXCP sədri hakimiyyətə yiyələnməkdən ötrü, vaxtilə "şeytanla da əməkdaşlığa hazırıq" ifadəsinə əməl edib. Özü də, bir dəfə deyil, dəfələrlə. Həmin ifadələrdən biri də, məhz bəhs etdiyimiz mövzu daxilindədir. Özünü "milli demokratiyanın" "ana müxalifətçi" partiyasının sədri kimi təqdim edən böyük Ə.Kərimliyə sual eidlməlidir ki, nəyə görə həmin dinləmələrdə, məhz kiçik Kərimli çıxış edib?

“Milli Şura” tör-töküntü yığnağına çevrilib

Sual olunur: Ə.Kərimlinin AXCP-də, yaxud "Milli Şura"sında çıxış edəcək başqa adam tapılmadımı? C.Həsənli, İ.İbrahimli, G.Hacıbəyli, Q.Zahid və sairləri T.Kərimlidən xəyanətkarlıq baxımından və ağıl dərəcəsində, bu qədərmi səviyyəsizidlər ki, onların yerinə oğlunu göndərdin? Artıq AXCP-də monarxiya üsul-darəsi ayaq açaraq, yeriməyə başlayıb və biz Türkel Kərimlinin timsalında, bunun şahidinə çevrildik. Yox, belə deyilsə, onda Ə.Kərimli niyə, məhz oğlunu artıq neçənci dəfədir ki, bənzər tədbirlərə yollamasına aydınlıq gətirsin, çünki ictimai rəy dərhal cavab gözləyir.Məsələn, ictimai rəy cavab gözləyir ki, həm T.Kərimli, həm də A.Saakyan birağızdan Azərbaycan hakimiyyətinə qarşı çıxışlar edir, onların hər ikisi də ölkəmiz əleyhinə fikirlər səsləndirirlər. Ə.Kərimli bunu bilə-bilə hansı üzlə, məhz dinləmələr keçirilən gün Bakıda mitinq keçirib, "xalq", "dövlət", "demokratiya" və s. şüarlar səsləndirib, axırda da təxribatçılıq törətdi? Çünki bildiyimiz qədər, "Milli Şura"nın mitinqindən sonar növbəti bir neçə gənc AXCP sədrinin satqnçılıq siyasətinin girovunda buxovlandı. Niyə T.Kərimli onların sırasında yox idi, ya da olmamalı idi? Bunun əvəzində, T.Kərimli Azərbaycanın sağına-soluna döşədikcə, qardaşlığı Armen və erməni jurnalistləri ona əl çalır və alqışlar yağdırırdılar. Halbuki normal siyasətçi fərd düşmənlərinin də eyni dam altında olduğunu bildikdən sonra, ən yaxşı halda, ayağa qalxaraq öz etirazını bildirməli, ən pis halda isə, zalı tərk etməli idi. Amma biz nə etirazın, nə də zalı tərk etməyin şahidi olmadıq. Əksinə, düşmən kiçik Kərimlini alqışladıqca, o, daha da azğınlaşıb, hətta Bako Saakyanın oğlundan da betər şəkildə, Azərbaycana necə düşmən kəsildiyini nümayiş etdirib!

Əli Kərimli separatçı ilə bir arada

Daha bir faktora diqqət yetirək və sual edək, separatçı ermənilər nə istəyirlər? Nəyə görə onlar Azərbaycan əleyhinə düzənlənmiş "dinləmələr" sirkinə bu sirkdə çıxış edən siyasi klounların təlxəklik nömrələrinə bu qədər maraq göstəriblər? Bunun cavabı kifayət qədər bəsitdir və hər halda, ortada ermənilərlə kərimlilərin bənzərlikləri mövcuddur. Məsələn, ermənilər on illərdir ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması yönündə dəridən-qabıqdan çıxırlar və Ə.Kərimli də, məhz bu cür edir. Ermənilər qondarma "DQR"in, davamlı olaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu, "insanların öldüyünü" böhtan kimi ortaya atır, Ə.Kərimli də son aprel müharibəsindən sonra erməni prizmasından məlum çıxışlar edərək, erməni mediasının "qəhrəmanına" çevrildi. Ermənilər qondarma erməni soyqırımının tanınması istiqamətində ABŞ Konqresini, gecə-gündüz "atəşə tuturlar", Ə.Kərimli də qondarma erməni soyqırımının tanınması, o cümlədən, separatçı "DQR"in "müstəqil dövlət" statusunu alması üçün canfəşanlıq edən, Azərbaycana qarşı sanksiyalar tələb edən ermənipərəst konqresmen Ceyms Makqoverni, Tom Lantosu, nəzarətində olan "Azadlıq" saytında təbliğ, tərənnüm, reklam və mədh edir. Bəlkə belə deyil? Bu baxımdan, Ə.Kərimli satqın və xəyanətkar damağalı bir gədadır. Bu damğanı isə, o, heç zaman üzərindən ata bilməyəcək.






Son Xəbər