XƏBƏR, MƏDƏNİYYƏT
4-07-2019, 20:43

UNESKO-nun Dünya irsi siyahısında 1092 miras nümunəsi yer alır

UNESKO-nun Dünya irsi siyahısında 1092 miras nümunəsi yer alır
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 4-də paralel iclaslarla işini davam etdirir.

Qərbinfo.az-ın məlumatına görə, Ümumdünya İrs Komitəsinin fəaliyyətinə həsr edilən ilk iclasda bildirildi ki, 21 ölkənin daxil olduğu komitəyə hər il bir respublika rəhbərlik edir. İldə bir dəfə toplantı keçirilir. Hazırda UNESKO-nun Dünya irsi siyahısında 134 ölkədən ümumilikdə 1092 abidə yer alıb.

Çıxışlarda bu abidələrin qorunma vəziyyəti müzakirə olundu. Qeyd edildi ki, hazırda Ümumdünya İrs Komitəsinin çağrı mərkəzləri və iki elektron postu fəaliyyət göstərir. Quruma daxil olana hər bir sorğu ətraflı cavablandırılır. Sonra komitənin son illər müxtəlif ölkələrdə reallaşdırdığı layihələr və gələcək planları barədə məlumat verildi.

Plenar iclasda daha sonra dini tarixi memarlıq abidələrinin qorunub saxlanılması ilə bağlı müzakirələr aparıldı. Çıxış edənlər öz ölkələrində dini tarixi abidələrin mühafizəsi və bərpası sahəsində görülən işlərə toxundular.

Bildirildi, bu abidələr tarixiliklə yanaşı, həmin ölkənin dini inanclarını da ifadə edir. Bu baxımdan abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi zəruri əhəmiyyət kəsb edir.

Üzv ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda büdcə məsələlərinə toxunuldu. İclasda 180 ölkənin mədəni irsin qorunmasına ayırdığı maliyyə fondu və xərcləri nəzərdən keçirildi, işçi qrupların hesabatları dinlənildi.






Son Xəbər