XƏBƏR, İQTİSADİYYAT
4-07-2019, 19:56

Sosial sahibkarlığın inkişafı üzrə mentorluq proqramı həyata keçiriləcək

Sosial sahibkarlığın inkişafı üzrə mentorluq proqramı həyata keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Start it UP, Keep it UP” - sosial sahibkarlığın inkişafı sahəsində mentorluq proqramı həyata keçiriləcək.

KOBİA-dan Qərbinfo.az-a bildirilib ki, məqsəd gənc sosial sahibkarları və sahibkar olmaq istəyən gəncləri lazımi bilik və bacarıqlarla təmin etməklə mentorlar, təlimçilər yetişdirmək, gələcək potensial sosial sahibkarları dəstəkləməkdir.

Proqrama qoşulmaq üçün son müraciət iyulun 6-dır. Daha ətraflı: http://bit.ly/2WhaTPa






Son Xəbər