XƏBƏR, DÜNYA
4-07-2019, 09:24

Erməni iqtisadçı: Ölkə iqtisadiyyatında vəziyyət acınacaqlıdır

Erməni iqtisadçı: Ölkə iqtisadiyyatında vəziyyət acınacaqlıdırErmənistanın iqtisadiyyatında bədbin vəziyyət yaranıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Ermənistan Parlamentinin keçmiş deputatı, iqtisadçı Vardan Bostancyan deyib.

O qeyd edib: "Selfi çəkməklə yanaşı, inqilabı dəstəkləyən əsas kütlə pul oyunları və əyləncələrlə məşğuldur. İnstitutlar isə yalan maliyyə vəsaitlərindən söz açır və belə təəssürat yaranır ki, ötən il ilə müqayisədə iqtisadiyyatımız daha fəaldır. Amma bu, fəallıq deyil, perspektivsiz və mənasız işdir".

İqtisadi vəziyyətin acınacaqlı olduğunu deyən ekspert bildirib: "Bizim müasir iqtisadiyyatımız yoxdur, bizə fundamental dəyişikliklər lazımdır".






Son Xəbər