XƏBƏR, HADİSƏ
28-06-2019, 21:00

Çaylarda sululuq artacaq, qısamüddətli daşqın və sel olacaq

Çaylarda sululuq artacaq, qısamüddətli daşqın və sel olacaq
İyunun ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.

Bu barədə Qərbinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 2-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olacağı ehtimal edilir.






Son Xəbər