XƏBƏR, HADİSƏ
28-06-2019, 18:26

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək


Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı gözlənilir.

Qərbinfo.az xəbər verir ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu tədricən 5-10° aşağı enəcək.






Son Xəbər