XƏBƏR, DÜNYA
27-06-2019, 19:48

Tunisdə partlayış törədildi - Ölən və yaralılar var

Tunisdə partlayış törədildi - Ölən və yaralılar var
Tunisin paytaxtı Tunis şəhərində iki partlayış törədilib.

Qərbinfo.az-ın məlumatına görə, hadisə nəticəsində azı 1 polis əməkdaşı həlak olub.

On nəfərədək yaralının olduğu deyilir. Qeyd olunur ki, partlayışları iki intiharçı terrorçu törədib.

Hadisə şəhərin mərkəzi hissəsində, Daxili İşlər Nazirliyinin və Fransa səfirliyinin yaxınlığında baş verib.






Son Xəbər