XƏBƏR, DÜNYA
27-06-2019, 17:59

Əfqanıstanda avtomobil çaya düşüb, azı yeddi nəfər həlak olub

Əfqanıstanda avtomobil çaya düşüb, azı yeddi nəfər həlak olub
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində pikap avtomobilinin çaya düşməsi nəticəsində azı yeddi nəfər həlak olub, dörd nəfər yaralanıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Əyalət qubernatoru agentliyə bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. Pikap yoldan çıxaraq Amu çayına yuvarlanıb. Onun sözlərinə görə, ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar da var. Zərər çəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Agentlik, həmçinin qeyd edir ki, dağlıq əyalət olan Bədəxşanda sərt yol şəraiti səbəbindən ölümlə nəticələnən bədbəxt hadisələr tez-tez baş verir.






Son Xəbər