XƏBƏR, İDMAN
24-06-2019, 17:33

Şəmkir idmançıları Avropa bürüncünə sahib çıxdı

Şəmkir idmançıları Avropa bürüncünə sahib çıxdı
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında iştirak edən şəmkirli idmançı Zirəddin Bayramov 55 kq çəki dərəcəsində ilk görüşdə çətinlik çəkmədən belaruslu həmkarını yolundan kənarlaşdırıb.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin yetirməsi qarşısında gürcü idmançı da aciz qalıb. Ancaq Zirəddin Bayramov finalın bir addımlığında türk güləşçiylə bacarmayıb və iyunun 22-də 3-cü yer uğrunda mübarizə aparıb.

Erməni rəqibiylə qarşılaşma dramatik alınıb. Hesabda 0:6 geriyə düşən Zirəddin əzmkarlıq nümayiş etdirərək möhtəşəm geridönüşə nail olub və bürünc medalı boynundan asıb.

Qeyd edək ki, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş idman növü üzrə idmançısı Bayramov Zirəddin İslam oğlu Şəmkir rayon Qapanlı kəndində anadan olub.

Şəmkir idmançıları Avropa bürüncünə sahib çıxdı
Şəmkir idmançıları Avropa bürüncünə sahib çıxdı






Son Xəbər