XƏBƏR, DÜNYA
22-06-2019, 09:56

Rusiya Gürcüstana sərnişin təyyarələrinin uçuşunu qadağan edib

Rusiya Gürcüstana sərnişin təyyarələrinin uçuşunu qadağan edib
Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunu müvəqqəti qadağan edib.

Qərbinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin uçuşunun müvəqqəti qadağan edilməsi barədə Fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiyadan Gürcüstana kommersiya uçuşları da ləğv edilir. Bundan əlavə, turizm operatorlarına və turizm agentlərinə vətəndaşlara Gürcüstana turizm putyovkaları satmamaq tövsiyə olunur.

Rusiya Prezidenti hökumətə Gürcüstanda olan rusiyalıların geri qayıtmasını təmin etməyi tapşırıb.






Son Xəbər