XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
22-06-2019, 09:00

İyunun 23-ü dövlət qulluqçularının peşə bayramıdır

İyunun 23-ü dövlət qulluqçularının peşə bayramıdır
Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər ilin 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı kimi təsdiq olunub.

Qərbinfo.az-ın məlumatına görə, artıq on üçüncü ildir ki, Azərbaycanın dövlət qulluqçuları özlərinin peşə bayramını qeyd edirlər.

Bu müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı ilə yaranıb.






Son Xəbər